Azərbaycanda sığorta haqlarının 80%-ni 5 şirkət hesablayır
Bu ilin yanvar-may aylarında Azərbaycanda toplanılmış 398 milyon 1 min manat sığorta haqqının 318 milyon 209 min manatı və yaxud 79,9%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (139 milyon 858 min manat), "PAŞA Sığorta" (95 milyon 593 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 42 milyon 197 min manat), eləcə də “Qala Sığorta” (20 milyon 916 min manat) və “Atəşgah Həyat Sığorta” (19 milyon 645 min manat) ASC-lərdir.
5 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə bazarı tərk etmiş “Rəvan Sığorta” (0 manat), bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta” (212 min manat), eləcə də "Naxçıvan Sığorta" (817 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (1,416 milyon manat) və “Bakı Sığorta” (1 milyon 538 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 3 milyon 983 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1%-i deməkdir.
Qalan 11 sığorta şirkətinin ümumi yığımları isə 75 milyon 899 min manat (19,1%) təşkil edib.
ÖDƏNİŞLƏRİN 88%-Nİ 5 ŞİRKƏT HƏYATA KEÇİRİR
Bu ilin yanvar-may aylarında Azərbaycanda həyata keçirilmiş 208 milyon 233 min manat sığorta ödənişinin 183 milyon 837 min manatı və yaxud 88,3%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" ASC (101 milyon 253 min manat), Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 34 milyon 520 min manat), eləcə də "PAŞA Sığorta" (23 milyon 134 min manat), "Atəşgah Həyat Sığorta" (16 milyon 408 min manat) və “Xalq Sığorta” (8 milyon 522 min manat) ASC-lərdir.
5 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (0 manat), “Xalq Həyat Sığorta” (83 min manat), “Rəvan Sığorta” (98 min manat) və “Naxçıvan Sığorta” (106 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 287 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,1%-i deməkdir.
Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 24 milyon 109 min manat (11,6%) təşkil edib.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
"Renkinq"
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
14 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
14 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur



























