İyunda “Rosselxoznadzor” Azərbaycan və İrandan 100 tondan artıq məhsulların idxalına qadağa qoyub
İyun ayında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Qafqaz üzrə Regionlararası İdarəsi 34,064 min ton təzə meyvə-tərəvəz idxalına nəzarət edib.
“Xüsusilə, “Rosselxoznadzor” İdarəsinin səlahiyyətində olan “Viaduk” gömrük terminalı və Dərbənd dəmiryolu stansiyasına Azərbaycan və İrandan 20290,2 ton tərəvəz (pomidor, bibər, kartof və s.) və 13773,8 ton meyvə və giləmeyvə (alma, qarpız, çiyələk, gilas, ərik, şaftalı və s.) daxil olub”, - qurumun saytında məlumat verilir.
Fitosanitar nəzarət zamanı qrupumun dövlət müfəttişləri tərəfindən Azərbaycandan 4 partiya və İrandan 2 partiya pomidor (49,1 ton), armud (19,2 ton), bibər (16,3 ton) və gilas (19,6 ton) Rusiya ərazisinə buraxılmayıb. Rusiya bazarına daxil olmayan məhsulların ümumi həcmi 104,2 ton təşkil edib.
“Məhsulların saxlanılmasına laboratoriyanın rəyi səbəb olub. Rəyə əsasən, partiyalarda karantin zərərli obyektlərin - Tuta absoluta Povolny, Frankliniella occidentalis Perg və Grapholitha molesta aşkarlanıb. Yüklərin Azərbaycan və İrana qaytarılması barədə qərar qəbul olunub”, - məlumatda vurğulanır.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
“İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















