ABŞ bankları iri həcmli mənfəət əldə edib
Birində 12 milyard, digərində 5,5 milyard dollar....Daha öncə xəbər verdiyimiz kimi, bu həftə ABŞ-ın bir sıra iri bank və maliyyə şirkətləri rüblük nəticələrini açıqlayır.
Marja xəbər verir ki, ölkənin ən iri dörd bankından biri olan JPMorgan Chase və sistem əhəmiyyətli bank Goldman Sachs da bu sıradadır. Hər iki bank cari ilin ikinci rübünü mənfəətlə başa vurub.
JP Morgan Chase-in gəlirləri kifayət qədər artaraq 31,4 milyard dollar təşkil edib. Ən çox gəlir gətirən sahələr Korporativ və investisiya bankçılığı (13,21 milyard dollar), İstehlak və biznes bankçılığı (12,76 milyard dollar) olub. Daha sonra Aktivlərin idarə olunması (4,1 milyard dollar) və Kommersiya bankçılığı bölməsi (2,5 milyard dollar) gəlir. Xalis mənfəət isə 63% artaraq, 11,9 milyard dolalra çatıb.
Goldman Sachs bankının göstəriciləri isə belədir:
Gəlirlər: 15,39 milyard dollar;
Xalis mənfəət: 5,49 milyard dollar;
Səhm başına mənfəət: 15,02 dollar.
Gəlirlərdə əsas yeri aktivlərin idarəçiliyi (5,12 milyard dollar), qlobal bazar əməliyyatları (4,9 milyard dollar) və investisiya bankçılığı (3,6 milyard dollar) tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
8 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub























