Azərbaycanın çay idxalı ixracını 14 dəfəyədək üstələyir
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan ümumi dəyəri 4 milyon 204 min ABŞ dolları dəyərində 555 ton çay ixrac edib.
Dövlət Gömrük Komitəsinin hesabatı görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk altı ayında ölkədən ixrac edilən çayın dəyəri 11,8%, həcmi isə 21,3% azalıb.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,36%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 31 milyon 571 min dollar dəyərində 7 min 619 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 15%, həcmi isə 11,2% artıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,55% təşkil edib.
Cari ilin yanvar-iyun aylarında (ötən ilin eyni göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 7,5 dəfə, həcm ifadəsində isə 13,7 dəfədən çox üstələyib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















