“AFB Bank”dan 8 milyon manatdan artıq xalis mənfəət - MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
Ölkənin qabaqcıl banklarından olan “AFB Bank ”ASC 2021-ci ilin yanvar-iyun dövrünü 8 milyon 183 min manat xalis mənfəətlə başa vurub.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirlir ki, keçən ilin müvafiq dövründə bu göstərici 3 milyon 222 min manat idi. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə VBankın xalis mənfəəti 4 milyon 960 min manat və ya 60 % artb.
Məlumatda qeyd edilib ki, problemli kreditlərin həlli istiqamətində görülmüş işlərin nəticəsi olaraq kreditlər üzrə alınmış faiz gəlirləri ötən ilin cari dövrü ilə müqayisədə 2 dəfədən çox artıb.
Bankın Məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, Bankda Məcmu kapitalın adektvatlıq əmsalı 61% təşkil edib (Mərkəzi Bankın norması 10%), I dərəcəli kapitalın norması isə 54%-dən çoxdur (norma 5%).
Qeyd edək ki, bankın məcmu kapitalı 84.1 milyon manat təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, AFB Bank hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
17 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























