Yüksək faizlərə "yox" deyən bankdan kredit alanlar artıb
Aşağı faizlə kredit ayıran banklardan biri olan "Expressbank"ın müştərilərə verdiyi kreditlər artıb.
Marja xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə, 2021-ci ilin ilk 6 ayında "Expressbank" tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 19 milyon 4 min manat artaraq 228 milyon 757 min manata çatıb. Ötən ilin sonunda "Expressbank" tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 209 milyon 743 min manat təşkil etmişdi.
2021-ci ilin 1-ci yarısında "Expressbank" tərəfindən müştərilərə verilmiş cəmi istehlak kreditləri 10 milyon 538 min manat artaraq 124 milyon 433 min manata, biznes kreditləri 6 milyon 534 min manat artaraq 72 milyon 11 min manata, daşınmaz əmlak kreditləri isə 1 milyon 942 min manat artaraq 32 milyon 313 min manata çatıb.
Qeyd edək ki, "Expressbank" nağd istehlak kreditinin minimal faizini 14.5%-ə endirib. Ötən iln yayında bu kreditin minimal faiz dərəcəsi 16,5% idi.
"Yüksək faizlərdən azad olmağın əsl zamanıdır! Siz də pulunuza qənaət edərək daha az ödəyin! Bunun üçün kreditlərinizi heç bir əlavə xərc, komissiya, sığorta haqqı ödəmədən Expressbank-a gətirin, cəmi 14.5%-dən 30.000 AZN-dək nağd pul kreditini 60 ayadək ödəmək imkanı əldə edin", -bankın yeni kampaniyasında bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
8 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib



























