Əhalinin dollardakı əmanətləri azalmaqda davam edir
Fiziki şəxslərin (əhalinin) banklarda xarici valyutada olan (əsasən ABŞ dollarında) depozitlərinin azalması 2021-ci ilin İyun ayında da davam edib.
Marja xəbər verir ki, İyun ayında xarici valyutada olan depozitlərin məbləği 39,9 milyon manat azalaraq 3 milyard 853,6 milyon manata geriləyib.
Ötən ilin sonu ilə müqayisədə isə, xarici valyutadakı əmanətlər 297,2 milyon manat azalıb. 31 Dekabr 2020-ci il tarixində fiziki şəxslərin xarici valyuta ilə əmanətləri 4 milyard 150,8 milyon manat idi.
May ayı ilə müqayisədə İyunda əhalinin cəmi əmanətləri 199,8 milyon manat azalaraq 8 milyard 435,4 milyon manata düşüb. Azalma tələbli əmanətlərin 233,2 milyon manat azalması ilə bağlıdır. Əhalinin müddətli əmanətləri 25,9 milyon manat artaraq 5 milyard 7.2 milyon manata yüksəlib.
İyun ayının sonunda fiziki şəxslərin əmanətlərinin 54,3%-i və ya 4 milyard 581,8 milyon manatı milli valyutada, 45,7%-i və ya 3 milyard 853,6 milyon manatı xarici valyutada olub. ötən ilin sonunda bu nisbətlər müvafiq olaraq 49,2% və 50,8% idi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
16 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























