Rusiya bankının Azərbaycandakı törəməsi maliyyə vəziyyətini açıqladı
“Bank VTB Azərbaycan” ASC 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 986 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə azdır. Bank 2020-ci ilin 1-ci yarısını 1 milyon 544 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəət, ehtiyatdan azad olmuş vəsaitin hesabınadır. Bankın cari əməliyyatı zərərdə qalmaqda davam edib.
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-iyun dövründə “Bank VTB Azərbaycan”ın cəmi gəlirləri 10 milyon 979 min manat, cəmi xərcləri 13 milyon 151 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 2 milyon 172 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 3 milyon 159 min manat hesabına həm əməliyyat zərəri bağlanıb, həm də Bankın 986 min manat xalis mənfəəti yaranıb.
“Bank VTB Azərbaycan”ın faiz və qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə artsa də, hələ də faiz və qeyri-faiz xərclərini ödəmir.
Qeyd edək ki, 2020-ci ilin 1-ci yarısında da “Bank VTB Azərbaycan”ın xərcləri gəlirlərini üstələdiyindən 3 milyon 851 min manat əməliyyat zərəri yaranmış, ehtiyatdan azad olmuş 5 milyon 391 min manat hesabına zərər bağlanmışdı.
30 İyun 2021-ci il tarixində “Bank VTB Azərbaycan” 205 milyon 576 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 159 milyon 300 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bank 2020-ci ilin sonunda 187 milyon 341 min manat cəmi aktivlərə malik idi, o cümlədən aktivlərin 125 milyon 870 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi. Beləliklə, 2021-ci ilin 1-ci yarısında cəmi kreditlər 33 milyon 430 min manat artıb.
Ötən ilin sonu ilə müqayisədə “Bank VTB Azərbaycan”da depozitlər 12 milyon 447 min manat aratraq 30 iyun 2021-ci il tarixində 87 milyon 752 min manata çatıb.
30 İyun 2021-ci il tarixində “Bank VTB Azərbaycan” 60 milyon 767 min manat məcmu kapitala malik olub. Bank 315 milyon 815 min manat nizamnamə kapitalına malik olsa da, əvvəlki illərin 252 milyon 950 min manat zərəri ilə əlaqədar olaraq məcmu kapitalı aşağıdır.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" ASC-nin nizamnamə kapitalının 99,9999 %-i "Bank VTB Rusiya"ya, 0,0001%-i fiziki şəxsə məxsusdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 10 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
14 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























