Azərbaycandan Rusiyaya kartof göndərilməsinə qadağa qoyula bilər - RUSİYADAN XƏBƏRDARLIQ
Rusiyaya göndərilən məhsul partiyalarında karantin obyekti aşkar edilərsə, Azərbaycandan kartof tədarükünə müvəqqəti məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalacaq.
Rusiya Federasiyasına göndərilən məhsullara nəzarət gücləndirilməsə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan kartof ixracına qadağa qoya bilər.
Marja xəbər verir ki, bu barədə “Rosselxoznadzor” Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri ilə videoformatda keçirilən görüşün yekunları üzrə məlumat verib.
“Rosselxoznadzor” Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr üçün karantin obyekti olan qonur bakterial çürüməyə məruz qalmış kartofların aşkarlandığını bildirib. Xidmət azərbaycanlı həmkarlarından pozuntunun səbəblərini aydınlaşdırmaq üçün araşdırma aparmağı, həmçinin RF-yə göndərilən məhsullara nəzarəti gücləndirməyi xahiş edib.
“Rusiya tərəfi xəbərdarlıq edib ki, bu hal təkrarlanarsa, Azərbaycandan kartof ixracına müvəqqəti məhdudiyyətlər tətbiq etməli olacaq”, - deyə məlumatda bildirilir.
Bundan başqa, “Rosselxoznadzor” məlumat verib ki, Rusiya Federasiyasına göndərilən pomidorlarda zərərli orqanizmlərin aşkar ediləcəyi halda yoluxmuş yüklər göndərən müəssisələrdən ixraca qadağa qoyulacaq.
Xəbər verildiyi kimi, hazırda 152 Azərbaycan müəssisəsi RF-yə pomidor ixrac etmək hüququna malikdir.
XXX
Россельхознадзор провел с Агентством продовольственной безопасности Азербайджана переговоры по вопросам поставок в Россию плодоовощной продукции
27 июля Россельхознадзор провел в видеоформате переговоры с Агентством продовольственной безопасности Азербайджанской Республики.
В ходе совещания Россельхознадзор сообщил о выявлении в двух случаях партий картофеля, зараженного карантинным для стран-членов ЕАЭС объектом – бурой бактериальной гнилью картофеля (Ralstonia solanacearum (Smith) Yabuuchi et al).
Служба попросила азербайджанских коллег провести расследование для выяснения причин такого нарушения, а также усилить контроль за отправляемыми на территорию Российской Федерации овощами. В соответствии с требованиями ЕАЭС поставки картофеля на территорию России возможны только из зон, мест, участков производства, свободных от указанного возбудителя. Поэтому поставлять продукцию с участков производства, на которых выявлена бурая бактериальная гниль, недопустимо. Российская сторона предупредила, что в случае обнаружений в дальнейшем карантинного объекта в отгружаемых в Россию партиях продукции будет вынуждена ввести временные ограничения на поставки картофеля из Азербайджана.
Кроме того, Россельхознадзор проинформировал, что в случае выявления в томатах, ввозимых в Россию, карантинных организмов, в частности, вируса коричневой морщинистости плодов томата (ToBRFV), будет вводить запрет на поставки продукции с предприятий, отправляющих зараженные грузы. Российское ведомство попросило азербайджанских коллег усилить контроль за отправками томатов в Россию для недопущения подобных нарушений. Представители Агентства продовольственной безопасности Азербайджана сообщили, что проводят мониторинг территории страны для выявления возможных очагов ToBRFV и избегания поставок в Российскую Федерацию зараженной продукции.
Стороны также обсудили проект Соглашения о сотрудничестве в области безопасного обращения с пестицидами и агрохимикатами между Федеральной службой по ветеринарному и фитосанитарному надзору и Агентством пищевой безопасности Азербайджана. Стороны обменяются информацией технического характера по указанному вопросу.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 d. əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
11 d. əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
-
- 14 d. əvvəl
-
58 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu
-
1 saat əvvəl
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
-
1 saat əvvəl
Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
Son Xəbərlər

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Ən çox oxunanlar

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür
