Koronavirus peyvəndi istehsal edən şirkətin gəliri 65 dəfədən çox artıb
Yeni koronavirusa qarşı peyvənd istehsal edən Amerikanın əczaçılıq şirkəti Moderna, 2021-ci ilin aprel-iyun dövründə 4 milyard dollardan çox gəlir əldə edib. Marja xəbər verir ki, cümə axşamı günü açıqlanan rüblük maliyyə hesabatlarına görə, şirkətin gəlirləri illik olaraq 65 dəfədən çox artıb.
Belə ki, iyunun 30-da başa çatan üç aylıq hesabat dövründə şirkətin gəliri 4 milyard 354 milyon dollar təşkil edib. Altı ay ərzində isə şirkətin gəlirləri 6 milyard 291 milyard dollar təşkil edib. Ötən ilin eyni dövrlərində (yanvar-mart və aprel-iyun) şirkətin gəlirləri müvafiq olaraq 75 və 67 milyon dollar təşkil etmişdi.
Üç aylıq dövr üçün şirkətin xalis mənfəəti 2,78 milyard dollar olub. Ötən ilin eyni dövründə Moderna 117 milyon dollar zərər açıqlamışdı. Altı ay ərzində şirkət 4 milyard dollar xalis mənfəət əldə edib.
Moderna, ABŞ-da üç koronavirus peyvəndi istehsalçısından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 1 saat əvvəl
-
2 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
2 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
2 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
3 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir























