"Həyat" Fondunun təqdimatı keçirilib
Yeni yaradılmış "Həyat" Fondunun təqdimatı keçirilib.
Fondun təsisçisi və direktoru telejurnalist, "Xeyir" körpüsü verilişinin müəllifi və aparıcısı Nuran Hüseynovdur.
Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Həyat" Fondunun təsis edilməsində məqsəd Azərbaycanda mövcud olan, qədim tarixi əsaslara söykənən xeyriyyəçilik ənənələrinə yeni bir nəfəs qatmaq, yeni bir yön verməkdir. Yardım etmək istəyən insanların və qurumların dəstəklərini yardıma ehtiyacı olan insanlara daha tez, effektiv çatdırmaq Fondun fəaliyyətinin əsasını təşkil edəcək.
"Həyat" Fondu yardımsevər insanların ianələri vasitəsi ilə maliyyələşdiriləcək. Ehtiyacı olan insanlar "Həyat" Fondunun internet səhifəsinə (www.heyat.az) daxil olaraq, orada müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciət edə biləcəklər.
Eyni zamanda ənənəvi məktub formasında da müraciət etmək mümkün olacaq.
Təqdimat mərasimində çıxış edən "Həyat" Fondunun direktoru N. Hüseynov bildirib ki, Fondun həftədə 1 dəfə olmaqla, ATV telekanalında "Həyat" adlı verilişi də nəzərdə tutulub. Veriliş ehtiyacı olan insanların ehtiyaclarının ictimailəşdirilməsi, "Həyat" Fondunun dəstəyi ilə həyata keçirilmiş işlərin ictimaiyyətə çatdırılması məqsədi daşıyır. Verilişin aparıcısı N. Hüseynov olacaq.
Təqdimat mərasimində çıxış edən aktrisa Həmidə Ömərova Azərbaycan xalqının həmişə xeyirxahlığı ilə fərqləndiyini bildirib: "Çox sevinirəm ki, Nuran Hüseynov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birlikdə belə bir işə başlayıb".
IV İslam Həmrəyliyi Oyunlarının qalibi Rəsul Çunayev "Həyat" Fonduna fəaliyyətində uğurlar arzulayıb.
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi M. Quliyev 90-cı illərin əvvəllərində Azərbaycanda səriştəsiz idarəçilik səbəbindən ölkənin acınacaqlı duruma düşdüyünü söyləyib: "Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə qayıtdı və Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilir, ölkəmiz inkişaf edir. İlham Əliyev və ailəsi bizim üçün bir nümunədir. Bu gün bizim üçün xoş bir gündür, dostumuzun Fondu fəaliyyətə başlayır. Bu gün bu tədbirdə Leyla Əliyevanın iştirakı "Həyat" Fonduna bir dəstəkdir".
Tədbir digər çıxışlarla davam edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 35 d. əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)
.jpg)








.jpg)






