“Zəyəm Texnologiyalar Parkı”nın 18 milyon manatlıq səhmləri satılacaq - QİYMƏT
“Zəyəm Texnologiyalar Parkı” yeni səhm yerləşdirməklə nizamnamə kapitalını kəskin artırır.26 avqust 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Zəyəm Texnologiyalar Parkı” ASC-nin ümumi dəyəri 18 milyon manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
Birjadan Marja-ya daxil olmuş məlumata görə, qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
Abunə yazılışı 2021-ci il 31 avqust - 29 oktyabr tarixləri aralığını əhatə edəcəkdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti"-dir.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | Səhmin növü və forması | Səhmlərin sayı | Nominal Dəyəri |
AZ1001003453 | Adi adlı sənədisiz səhm | 18,000,000 | 1 AZN |
Abunə yazılışında iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, "Zəyəm Texnologiyalar Parkı" ASC metal konstruksiyaların, kənd təsərrüfatı avadanlqıqlarının, dəqiq metal məhsulların istehsalı və quraşdırıllması ilə məşğuldur.
2020-ci ilin sonunda Cəmiyyətin nizamnamə kapitalı 305 min 246 manat həcmində olmaqla, hər birinin nominal dəyəri 1 manat olan 305 246 səhmdən ibarət olub. Yerləşdirmədən sonra "Zəyəm Texnologiyalar Parkı"nın nizamnamə kapitalı 18 milyon 305 min 246 manata yüksələcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























