"Neftçala avtomobil zavodunun bazar problemi olmayacaq"
Son illər Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi nəticəsində dövlətlər arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir.
Prezidentlərin qarşılıqlı səfərləri və əməkdaşlıq haqqında imzalanan sənədlər iş adamlarının biri-birinə etimadını artırır. Məhz bu etimadın fonunda İran şirkətlərinin Azərbaycana investisiya yatırmaq istəkləri təbii görünür.
İranın məşhur avtomobil istehsalçısı olan “İran-Khodro” şirkəti ilə Azərbaycanın “AzEuroLLC” şirkəti arasında ötən ilin avqustunda imzalanmış müqavilə əsasında Neftçalada avtomobil zavodunun təməli qoyulub. Bu ilin avqustunda istifadəyə verilməsi gözlənilən zavod hər iki ölkənin ixrac potensialını gücləndirəcək və büdcə gəlirlərinin artmasına imkan yaradacaq.
“İran-Khodro”-nun Baş direktoru Haşem Yekke Zare bildirib ki, ildə 10 min avtomobil buraxmaq gücünə malik olan zavodda İranın “Dena”, “Runna”, “Soren” və “Samand” markalı avtomobilləri istehsal ediləcək. Avro-5 standartına uyğun olan bu avtomobillər MDB və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq. Layihənin dəyəri 15 milyon dollar həcmindədir. Bu məbləğin 25 faizini İran, 75 faizini isə Azərbaycan şirkəti maliyyələşdirir. Avtomobillərin ehtiyat hissələri də Azərbaycandakı zavodlarda hazırlanacaq. İlkin mərhələdə zavodda 300 nəfər işçi çalışacaq.
Zavodun məhsullarının daşınması nəqliyyatın, satış mərkəzlərinin açılması ticarətin, avtomobillər üçün detalların hazırlanması isə müvafiq istehsal sahələrinin yaradılmasına səbəb olacaq və bu da ölkəmizdə sənayenin inkişafına əhəmiyyətli təkan verəcək.
İranın sənaye nazirinin müavini Cəfər Sərcani bildirib ki, daxili bazarla yanaşı, xarici bazarlarda mövqeləri də möhkəmləndirmək lazımdır. Neftçala avtomobil zavodunun məhsulları hər iki bazar üçün nəzərdə tutulub və qiymətlərin münasib olması məhsulun alıcı tapmasını asanlaşdıracaq.
İran avtomobil istehsalında bu gün Yaxın Şərqdə lider dövlətdir. Buradan İraqa, Pakistana və bəzi Körfəz ölkələrinə avtomobil ixrac olunur. Bütün bunlar deməyə əsas verir ki, Neftçalada istehsal ediləcək minik avtomobilləri üçün bazar problemi olmayacaq.
Son illər İran şirkətləri Azərbaycan iqtisadiyyatına 2,5 milyard dollar həcmində sərmayə yatırıblar. İctimai-siyasi sabitlik, mükəmməl qanunvericilik, əlverişli biznes mühiti və digər faktorlar Azərbaycanı investisiyalar üçün cəlbedici ölkəyə çevirib.
©Azərtac
Müştərilərin xəbərləri
Şarj stansiyası axtarmağa ehtiyac yoxdur — benzin doldurursunuz, sistem bu enerjini elektrikə çevirərək avtomobili hərəkət etdirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
3 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
2 saat əvvəl
"Fitch Ratings" İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib
-
2 saat əvvəl
3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
SONDA MƏNZİL VƏTƏNDAŞA QALIR - 237 təmirli mənzil kirayə mexanizmilə vətəndaşlara təqdim edilir
-
3 saat əvvəl
Tramp İranla atəşkəsin uzadılacağını gözləmir - “Bunu etmək istəmirəm”
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Beynəlxalq reytinq agentliyi "PAŞA Bank"a “Ba2” reytinqi verib, proqnozu “müsbət” olaraq müəyyən edib
Şarj stansiyası axtarmağa ehtiyac yoxdur — benzin doldurursunuz, sistem bu enerjini elektrikə çevirərək avtomobili hərəkət etdirir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Bonus-Malus” sistemi fərdi Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunur - İCBARİ AVTO-SIĞORTADA DƏYİŞİKLİKLƏR
"Şərq-Qərb"in gəlirləri və xalis mənfəəti azalıb
"Yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb, qatarların hərəkəti mümkün olmayıb"
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana körfəz ölkələrindən gələnlərin sayı 70 min nəfərə yaxın azalıb - İRAN MÜHARİBƏSİ TURİST AXININA MƏNFİ TƏSİR EDİB
“European Tobacco-Baku” şirkəti ləğv olunur






.jpg)






.jpg)








