Azərbaycan Rusiyaya kartof ixracını artırıb
Bu ilin əvvəlindən sentyabrın 12-nə qədər Rusiya digər MDB ölkələrindən 214,8 min ton kartof idxal edib.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Rusiyaya kartof ixrac edən əsas ölkələr 98,3 min tonla Belarus (illik müqayisədə 10,7 dəfə), 84,7 min tonla Azərbaycan (1,2 dəfə çox) və 28,9 min tonla Ermənistandır (71,1 dəfə).
Son 1 ildə Rusiyanın digər MDB ölkələrindən yerkökü idxalı da 14% artaraq 90,3 min tona çatıb. Əsas ixracatçı ölkələr 65,4 min tonla Belarus (9,6% çox), 12,7 min tonla Qırğızıstan (43,3% çox) və 6,6 min tonla Qazaxıstandır (19,1% çox). Bununla yanaşı, Özbəkistan, Azərbaycan və Türkmənistan da Rusiyaya kiçik həcmdə yerkökü ixrac edib.
Hesabat dövründə Rusiya digər MDB ölkələrindən çuğundur idxalının isə 17,1% artıraraq 17,3 min tona çatdırıb. Əsas tədarükçü ölkə Belarus olub. Bu ölkənin Rusiyaya çuğundur ixracı 17,9% artaraq 12,5 min tona çatıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























