Xarici ticarətlə məşğul olanların sayı 12 mindən çox artıb
Azərbaycanda idxal və ixrac əməliyyatları ilə məşğul olanların sayı artır.
Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayında (yanvar-avqust dövründə) xarici ticarət iştirakçılarının sayı 45 min 39 şəxs olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 min 476 şəxs çoxdur. 2020-ci ilin 8 ayında xarici ticarət iştirakçılarının sayı 32 min 563 şəxs təşkil etmişdi.
Hüquqi şəxs olan xarici ticarət iştirakçılarının sayı 559 şəxs artaraq 7 min 630 şəxsə, fiziki şəxs olan xarici ticarət iştirakçılarının sayı isə 11 min 917 şəxs artaraq 37 min 409 şəxsə yüksəlib. Ötən ilin 8 ayında 7 min 71 hüquqi, 25 min 492 fiziki şəxs xarici ticarət iştirakçısı idi.
Qeyd edək ki, 2020-ci ilin 12 ayı ərzində xarici ticarət iştirakçılarının sayı 45 min 462, o cümlədən fiziki şəxslərin sayı 37 min 211, hüquqi şəxslərin sayı 8 min 251 olmuşdu.
Qeyd edək ki, xarici ticarət iştirakçısı olan fiziki şəxslərin böyük hissəsi idxal ilə məşğul olanlardır.
Xarici ticarət iştirakçılarının sayı (2021-ci ilin yanvar-avqust dövrü)

Xarici ticarət iştirakçılarının sayı (2020-ci ilin yanvar-avqust dövrü)

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























