“Holcim Azərbaycan”nın qazancı kəskin azalıb - 4 DƏFƏDƏN ÇOX GERİLƏMƏ
100 milyon manatlıq satışdan 2 milyon 150 min manat qazanc qalıb
Azərbaycanda sement istehsalçısı “Holcim Azərbaycan” ASC 2020-ci ili 2 milyon 150 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2019-cu ili 9 milyon 154 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il şirkətin xalis mənfəəti 4,3 dəfə azalıb. Mənfəətin azalmasının səbəbləri satışdan gəlirin azalması, ötən il məzənnə fərqi və ehtiyatlarda dəyişikliklər üzrə gəlirlərin olmamasıdır.
Marja.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “Holcim Azərbaycan”ın satışdan gəlirləri 19 milyon 132 min manat və ya 16% azalaraq 100 milyon 716 min manat təşkil edib. Şirkət 2019-cu ildə satışdan 119 milyon 848 min manat gəlir əldə etmişdi.
Digər gəlirlər daxil ötən il “Holcim Azərbaycan”ın cəmi gəlirləri 101 milyon 499 min manat, cəmi xərcləri isə 99 milyon 349 min manat olub, gəlirlər xərcləri üstələdiyindən 2 milyon 150 min manat xalis qazanc olub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə “Holcim Azərbaycan”ın cəmi gəlirləri 128 milyon 402 min manat, cəmi xərcləri isə 119 milyon 248 min manat təşkil etmişdi. 2019-cu ildə “Holcim Azərbaycan” məzənnə fərqi üzrə, maliyyə aktivləri üzrə ehtiyatlarda dəyişikliklərdən və vergi ehtiyatında dəyişikliklər üzrə də gəlirlər əldə etmişdi. 2020-ci ildə bu gəlirlər olmayıb.
31 Dekabr 2020-ci il tarixində “Holcim Azərbaycan” ASC 106 milyon 184 min manat bölüşdürülməmiş mənfəətə malik olub. Şirkət 2019-cu ilin sonunda 104 milyon 34 min manat bölüşdürülməmiş mənfəətə malik idi.
AKTİVLƏRİ AZALIB
31 Dekabr 2020-ci il tarixində "Holcim Azərbaycan" 292 milyon 831 min manat cəmi aktivlərə malik olub. ASC 2019-cu ilin sonunda 306 milyon 554 min manat cəmi aktivlərə malik idi.
Xəbər verdiyimiz kimi, 30 iyul 2021-ci il tarixində keçirilmiş "Holcim Azərbaycan" ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağında dividend ödənilməsinə qərar verilib. Bir səhmə görə - 2019-cu maliyyə ilinin yekunları üzrə 5,66 manat, 2020-ci maliyyə ilinin yekunları üzrə 1,35 manat olmaqla cəmi 7,01 manat dividend ödəniləcək. 186 səhmdən ibarət olan bir payın (səhm paketinin) sahibi 1303,86 manat dividend alacaq.
"Holcim Azərbaycan" ASC-nin səhmlərinin 66%-i "Holcim LTD"yə, 24%-i "Holcim Auslandbeteiligungs GmbH" şirkətinə, qalan faizləri isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat sonra
- 40 d. əvvəl
-
-
53 d. əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
1 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
3 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
4 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
4 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
