Qarabağın bərpasına əsasən inşaat və İKT şirkətləri maraq göstərir - SORĞU

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən 110 xarici şirkət arasında aparılan sorğuda şirkətlərin 17%-i Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulması, dağılmış infrastrukturun yenidən qurulması prosesinin bir hissəsi olmaqda maraqlı olduqlarını bildirib.
Bu barədə "AHK Azərbaycan"ın "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" adlı hesabatında bildirilir.
Qeyd edilib ki, sözügedən 17%-in içində inşaat və İKT sektorunda fəaliyyət göstərən şirkətlər üstünlük təşkil edir. Respondentlərin 43%-i bu prosesdə iştiraklarının öz fəaliyyətlərinə uyğun layihələrin mövcudluğundan asılı olduğunu, bizneslərin 22%-i isə hesab edir ki, onların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi dirçəlişində iştirak gələcəkdə mümkün ola bilər.
Sənəddə qeyd edilir ki, şirkətlərin üçdə biri layihələrdə baş podratçı/subpodratçı qismində iştirak etməyi üstün tutur.
Əlavə edək ki, sorğuda iştirak edən xarici şirkətlər 19 ölkəni təmsil edib. İştirak edən ölkələrin TOP-5-də 28%-i Almaniyadan, 11%-i Böyük Britaniyadan, 11%-i ABŞ-dan, 6%-i İsveçrədən 5%-i isə Türkiyədən olub.
Xatırladaq ki, "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" AHK Azərbaycanın KPMG Azərbaycanla birgə əməkdaşlıq çərçivəsində hazırlayıb dərc etdiyi müstəqil nəşrdir. Bu ilin may-iyul aylarında aparılan onlayn sorğunun nəticələri əsasında formalaşan bu hesabat, ölkədə investisiya mühitinə xüsusi diqqət ayırmaqla xarici şirkətlərin fəaliyyəti haqqında rəyləri əks etdirir. Onlayn keçirilən bu sorğu ümumi, mövcud iqtisadi vəziyyət, və eləcə də yaxın gələcəkdəki iqtisadi perspektivlərlə bağlı əsas məlumatları əhatə edən 21 sualdan ibarətdir. Sorğuya həmçinin ölkədəki investisiya mühitini və ölkəyə xarici kapital axınını daha da yaxşılaşdırmaq məqsədilə zəruri islahatların paralelində, davam edən iqtisadi islahatların səmərəliliyinə dair suallar daxil edilib. Ən son yenilikləri nəzərə alaraq, bu ilki nəşrdə bəzi suallar bir qədər dəyişdirilib və şirkətlərin Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi canlanmasında iştirak etmək niyyətlərini anlamaq üçün iki yeni sual da sorğuya əlavə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
15 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
