"Hər bir variant kreditorlar üçün itkiyə səbəb olacaq"

Ötən gün Böyük Britaniyanın paytaxtı Londonda Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev və Azərbaycanın maliyyə naziri Samir Şərifov arasında danışıqlar baş tutub. D.Akişev bugünkü mətbuat konfransında bildirib ki, danışıqlar zamanı Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC-nin Azərbaycan Beynəlxalq Bankına 250 mln. dollarlıq yatırımının restrukturizasiyasının detalları müzakirə olunub.
D.Akişev qeyd edib ki, tərəflər müavinlər səviyyəsində danışıqların davam etdirilməsi barədə razılığa gəliblər: "ABB-nin vəsait çatışmazlığı olduğu üçün Qazaxıstan Milli Bankı borcun daha likvid, sonradan satıla biləcək aktivlərlə əvəzlənməsi variantını nəzərdən keçirməyə hazır idi. Azərbaycanın Maliyyə Nazirliyi isə bəyan edib ki, Qazaxıstan Milli Bankının borcun vaxtından əvvəl qaytarılması ilə bağlı tələbinin hər hansı hüquqi əsası yoxdur".
Baş bankir xatırladıb ki, indiyədək rəhbərlik etdiyi qurum Azərbaycanın Maliyyə Nazirliyinə 3 dəfə məktub göndərərək ABB-nin maliyyə vəziyyətinin pisləşməsi ilə bağlı narahatlığını ifadə edib. Öz növbəsində ABB 3 dəfə borcun birdəfəlik və ya qismən qaytarılmasından imtina edib. "Bu ilin fevral ayında "Moody's" ABB-nin reytinqini endirib. Bundan sonra biz Azərbaycan bankına bir daha müraciət etdik. O zaman məlum oldu ki, ABB könüllü restrukturizasiya prosesinə hazırlaşır", - deyə o bildirib.
Qeyd edək ki, Qazaxıstanın "Vahid Pensiya Yığım Fondu" SC 2014-cü ilin oktyabr ayında ABB-nin istiqrazlarına 250 mln. dollar yatırıb.
Ötən gün ABB tərəfindən təqdim olunan xarici öhdəliklərin restrukturizasiyası planına münasibət bildirən D.Akişev deyib ki, plan 3 istiqaməti əhatə edir və "hər bir variant kreditorlar üçün itkiyə səbəb olacaq". "Buna baxmayaraq, Milli Bank və hökumət neqativ təsirlərin minimizasiyası üzərində işləyir. Biz əmanətçilərimizin maraqlarını qorumaq məqsədilə ABB ilə mütəmadi danışıqlar aparırıq", - deyə o bildirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
13 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
14 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
15 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
16 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
16 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
17 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
