Azərbaycanın fındıq şirkəti Rusiyanın iri marketlər şəbəkələrindən biri ilə müqavilə imzalayıb
“Ulduz” şokolad fabriki isə Qırğızıstan, Özbəkistan və Rusiya şirkətləri ilə ümumi dəyəri 2,5 milyon ABŞ dolları olan qənnadı məhsullarının ixracına dair ilkin razılıq əldə edib.Rusiyanın paytaxtı Moskvada keçirilən “WorldFood Moscow 2021” beynəlxalq ərzaq sərgisi başa çatıb.
Bu barədə Marja-ya İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, nazirliyin dəstəyi, nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. vahid ölkə stendi ilə nümayiş olunub.
Xüsusi dadı və keyfiyyəti ilə seçilən Azərbaycan məhsulları böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində sahibkarlarımız xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilə bağlayıblar.
Belə ki, “Karaca Fındıq” MMC və Rusiyanın iri marketlər şəbəkələrindən biri ilə 18 min kq qabıqlı fındıq məhsulunun ixracına dair müqavilə imzalayıb. “Ulduz” şokolad fabriki isə Qırğızıstan, Özbəkistan və Rusiya şirkətləri ilə ümumi dəyəri 2,5 milyon ABŞ dolları olan qənnadı məhsullarının, “Azərstar” MMC isə Rusiya şirkəti ilə ümumi dəyəri 100 min dollar olan qabıqlı fındıq məhsulunun ixracına dair ilkin razılıq əldə edib. Bundan başqa, Rusiya şirkəti ilə ümumi dəyəri 1 milyon dollarına qədər narın ixracına dair ilkin razılığa gəlinib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























