Türkiyə Azərbaycan qazının idxalını 17% azaldıb
Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) yaydığı məlumata görə, bu ilin yanvar-iyul aylarında Türkiyə Azərbaycandan 5 milyard 418,48 milyon kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 17,1% azdır.
Türkiyə 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 6 milyard 538,82 milyon kubmetr qaz idxal etmişdi.
Məlumata görə, cari ilin iyul ayında Türkiyə Azərbaycandan 540,03 milyon kubmetr qaz idxal edib, bu da illik müqayisədə 50,63% azdır. İyun ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya, İrandan və Cəzairdən sonra dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, idxalın azalması Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddəti başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin "Botaş" şirkəti və "Şahdəniz" konsorsiumu) yeni razılaşma yalnız sentyabr ayında əldə olunub.
Xatırladaq ki, ötən il Türkiyə Azərbaycandan 11 milyard 547,38 milyon kubmetr qaz idxal edib, bu, 2019-cu illə müqayisədə 20,5% çoxdur.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























