Azərbaycan Prezidenti Çin Sədrinə məktub göndərdi
Prezidenti İlham Əliyev: Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə məktub göndərib.
Marja xəbər verir ki, məktubda deyilir:
Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
Bu gün Çin özünün hərtərəfli və dinamik inkişafı ilə dünyanın qabaqcıl ölkələri sırasında qərar tutmuşdur. Sizin uzaqgörən rəhbərliyiniz altında həyata keçirilən irimiqyaslı proqramlar, infrastruktur layihələri ölkənin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun gündən-günə artmasına, Çinin yüksəlişinə xidmət edir. Təşəbbüsünüz ilə ərsəyə gələn “Kəmər və yol” nəhəng transmilli əməkdaşlıq platforması Avrasiya məkanında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə töhfə verir.
Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. COVID-19 pandemiyası dövründə ölkələrimizin qarşılıqlı etimad və həmrəylik nümayiş etdirərək bir-birini dəstəkləməsi möhkəm dostluq münasibətlərimizin bariz nümunəsidir.
Biz Azərbaycan-Çin münasibətlərinin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə xüsusi əhəmiyyət veririk. Bu mənada, qədim və zəngin ənənələrə malik əlaqələrimizin genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. Çin şirkətlərinin ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bərpası və yenidən qurulması işlərində iştirakı, nəqliyyat, logistika, infrastruktur, investisiya, enerji və digər sahələrdə əldə etdiyimiz yaxşı nəticələr və gələcək perspektivlər Azərbaycan-Çin tərəfdaşlığının yüksək səviyyəsindən xəbər verir.
Əminəm ki, həm “Kəmər və yol” layihəsi çərçivəsində atdığımız addımlar, həm də ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı etimad və dəstəyə əsaslanan faydalı əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcək və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir

























