Nazirlikdə provayderlər ilə internetin keyfiyyəti və tarifləri müzakirə olundu
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə Azərbaycanda internet xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Bu barədə Nazirliyin yaydığı məlumatda bildirilir.
Məlumata görə, görüşdə qurumun rəhbər şəxsləri, İctimai Şuranın üzvləri, ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları, internet provayderləri, bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin nümayəndələri iştirak ediblər.
Görüş iştirakçılarına Azərbaycanda internet təminatının yaxşılaşdırılması, istifadəçilər üçün internetin daha əlçatan olması, mövcud infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verilib.
Müzakirələr zamanı bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin nümayəndələrini maraqlandıran suallara cavab verilib, onların təklifləri dinlənilib.
Həmçinin internet xidmətlərinin təminatının daha da yaxşılaşdırılması üçün dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsinin vacibliyi və aspektləri, internet xidmətinin keyfiyyəti və tarifləri müzakirə olunub. İstifadəçilərin dayanıqli, keyfiyyətli və fasiləsiz internet xidmətləri ilə təmin edilməsi, problemlərın aradan qaldırılmasına çevik reaksiya verilməsinin vacibliyi provayderlərin diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçıları belə bir görüş təşkil edildiyi üçün İctimai Şuraya öz minnətdarlığını bildirib və bu formatda müzakirələrin gələcəkdə də keçirilməsinin məqsədəuyğun olduğunu qeyd ediblər.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















