"Yüksələn enerji və ərzaq qiymətlərinin birləşməsi gələn il ciddi problemlərə səbəb olacaq"
Artan enerji və ərzaq qiymətlərinin birləşməsi narahatlıq doğurur və uzun müddətdə problemlərə səbəb ola bilər.
Marja xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Abdolreza Abbassian, dünya bazarlarında vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, FAO-nun son Qida Qiyməti İndeksində əks olunan ərzaq mallarının qiymət artımı hələ enerji qiymətlərinin artması ilə çox da əlaqəli deyil.
“Ancaq neft, qaz və elektrik enerjisinin bahalaşması ərzaq məhsullarının qiymətlərinin daha da artmasına səbəb ola bilər. Yüksək enerji qiymətləri qida istehsalının dəyərini artırır. Gübrə istehsalı üçün təbii qaz lazımdır və qazın da qiyməti tarixi ən yüksək səviyyələrdədir. Fermerlər seçim etməlidirlər və buna görə sual yaranır: bu il nə qədər əkə biləcəklər. Buna görə, təklifin tələbi ödəyib-ödəməyəcəyi, yanacağın qiymətinin artmasının məhsulun azalmasına səbəb olub-olmayacağı sual altındadır ”, - Abbassian qeyd edib.
"Əsas narahatlıqlar gələn ilə aiddir: məhsul aşağı olarsa və tələbat yüksək olarsa, gələn il ciddi problemlər yarana bilər", - baş iqtisadçı vurulayıb.
O, hava şəraitindən və iqlim dəyişikliyindən asılı olan məhsul proqnozlarının indi daha da qeyri-müəyyən olduğuna diqqət çəkib.
Bundan əlavə, enerji qiymətləri daha yüksək nəqliyyat xərcləri baxımından da ərzaq bazarına təsir göstərir. "Xüsusilə ərzaq ixrac edərkən, yanacağın qiymətinin artmasının nəqliyyatı da bahalaşdıracağını nəzərə almaq lazımdır", - Abbassian bildirib.
Digər risk inflyasiyadır. “Tipik olaraq, inflyasiyaya səbəb olan əsas amillər yanacaq qiymətləri, ərzaq məhsulları və daha zəngin ölkələrdə mənzil qiymətləridir. Qida və yanacaq qiymətləri inflyasiyanın əsas rıçaqlarıdır və bu, narahatlıq doğurur, çünki pulun ucuzlaşması iqtisadiyyat üçün ciddi nəticələrə gətirib çıxarır ”, - deyə iqtisadçı bildirib.
Onun sözlərinə görə, qiymət artımı təklifin azalması ilə deyil, tələbatın güclənməsi ilə əlaqədardır: "Tələb və təklifi uyğunlaşdırmaq üçün kifayət qədər vaxt olmadıqda qiymətlər yüksəlir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 44 d. əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
7 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı

























