“Petkim” qlobal ESG dəyərləndirilməsində 206 şirkət arasında 8-ci oldu

Davamlı istehsalı diqqət mərkəzində saxlayan “SOCAR Türkiyə”nin törəmə müəssisələrindən olan “Petkim” dünyanın tanınmış müstəqil auditor şirkəti “Sustainanalytics” tərəfindən hazırlanan və müxtəlif sektorların şirkətlərini qiymətləndirən “Ətraf mühit, Sosial və İdarəetmə” (ESG) başlıqlarının risk reytinqində diqqətəlayiq nəticə əldə edib.
Bu barədə SOCAR-dan məlumat verilib.
Məlumata görə, dünya şirkətlərin fəaliyyətlərinin ətraf mühitə, cəmiyyətə və korporativ quruluşa təsirləri üzrə qiymətləndiroldiyi ESG meyarlarında “Petkim” "Kommersiya məqsədli kimyəvi maddələr" kateqoriyalı risk reytinqində 206 şirkət arasında 8-ci sırada yer alaraq əhəmiyyətli bir uğura imza atıb.
Qlobal miqyaslı davamlılıq yoxlaması olan ESG araşdırmaları, şirkətlərin dünya bazarlarında maliyyə əldə etmə imkanlarının və korporativ etibarının qiymətləndirilməsində əhəmiyyətli meyarlardan sayılır. ESG reytinqində öz kateqoriyasında dünyanın ilk 10 şirkəti arasında yer alan “Petkim”in bu uğuru SOCAR-ən davamlılıq hədəfləri baxımından qlobal dəyərinə güclü töhfə verən bir nəticədir.
“ESG reytinqində göstəricilərimiz davamlılığa verdiyimiz əhəmiyyətin sübutudur”
ESG reytiniqinin nəticələrini dəyərləndirən “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov demişdir: “Davamlı istehsal Türkiyənin ən böyük sənaye holdinqi olaraq “SOCAR Türkiyə”də həmişə diqqət mərkəzində olan bir prosesdir. Mövcud göstəricilərimizi və mövqeyimizi davamlılığın dünya miqyasında dəyərləndirildiyi ESG reytinqi kontekstində qiymətləndirərək özümüzü və qrupumuzdakı şirkətləri inkişaf etdirmək üçün müvafiq planlar hazırladıq. Davamlılıq göstəricisni ölçən ESG qiymətləndirməsinin əsasını təşkil edən infrastrukturların yaradılması və inkişafı ilə bağlı işimizə əvvəlcə holdinqdə başladıq və sonra bu fəaliyyətləri törəmə müəssisələrimizdə davam etdirdik.
“Petkim”də əldə etdiyimiz uğurlu nəticə davamlı istehsal üçün geniş infrastruktur və inteqrasiya səylərimizin əhəmiyyətinin göstəricisidir. Bu nəticə həm də “SOCAR Türkiyə”nin davamlılığa verdiyi əhəmiyyətin, fəaliyyət zəncirindəki bütün maraqlı tərəflərlə yanaşı sosial inkişafı da nəzərə alan və bu zəncirdə dəyər yaratmağı hədəfləyən davamlılıq yanaşmamızın sübutudur. Davamlılıq sərmayələrinə, əlavə dəyər təmin edəcək həlləri və elmi tədqiqatları davam etdirir, iş prosesində tətbiq etdiyimiz yeniliklərə əlavə olaraq, imzaladığımız beynəlxalq protokollar və iştirak etdiyimiz qlobal tədqiqatlar vasitəsilə beynəlxalq birliyin sıralarında hədəflərimizə doğru inamla irəliləyirik. Davamlı bir gələcək üçün, şirkətlərə hədəflərin daha aydın şəkildə təyin edildiyi və nəticələrin ölçülə biləcəyi bir irəliləyiş xəritəsi təqdim edən ESG qiymətləndirmələrinin aparıldığı bu dövrdə pandemiya şərtlərinə baxmayaraq, davamlılıq sərmayələrimizə davam edirik. “SOCAR Türkiyə” olaraq fəaliyyətimizin iqtisadi, sosial və ekoloji ölçülərini nəzərə alaraq, davamlı gələcək üçün dəyər yaratmaq həmişə dəyişməz fəlsəfəmiz olacaq”.
Qeyd edək ki, “Sustainalytics” şirkəti 25 ildən çoxdur, investorlar və şirkətlər üçün yüksək keyfiyyətli, analitik ekoloji, sosial və idarəetmə (ESG) araşdırmaları, korporativ idarəetmə xidmətləri və risk reytinqlərini həyata keçirir, həmçinin onlara investisiya strategiyalarının hazırlanmasında və tətbiqində dəstək verir. Bu gün şirkət dünyanın yüzlərlə aparıcı fondu və aktiv meneceri ilə əməkdaşlıq edir. “Sustainalytics” özünəməxsus metriklərdən (ölçmə üsullarından) istifadə edir, şirkətlərlə birbaşa əlaqə yaradır, bu da əks əlaqə əldə etmək və ESG məsələləri ilə əlaqədar şəffaflığı qiymətləndirmək üçün daha geniş imkanlar açır. ESG Risk Reytinqləri hər hansı şirkətin sektor daxilində əhəmiyyətli risklərə məruz qalmasını və bu riskləri nə dərəcədə idarə etməsini qiymətləndirir.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 saat sonra
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
1 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
2 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
2 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
3 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
4 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
4 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
Ən çox oxunanlar

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
