Westgold markasına qarşı səsləndirilən böhtanlara cavab verildi - AÇIQLAMA
"West Product Marketing" (WPM) şirkətinin sözçüsündən açıqlamaSon günlər Yeni Zelandiyada istehsal edilən “Westgold” kərə yağı markası haqqında yazılı və elektron mediada bir sıra böhtanlar səsləndirilib.
Marja.az olaraq bu ittihamlara aydınlıq gətirilməsi üçün "Westgold" markasının Azərbaycanda rəsmi satışı ilə məşğul olan "West Product Marketing" şirkətilə əlaqə yaratdıq. Şirkətin nümayəndəsi Jalə Əlizadənin ittihamlarla bağlı fikirlərini diqqətinizə çatdırırıq.
“Westgold kərə yağı markası haqqında mətbuatda dərc olunan ittihamlara cavab olaraq bildirmək istəyirik ki, şirkətimizə kərə yağının keyfiyyəti ilə bağlı heçbir müraciət daxil olmamışdır. "Westgold" kərə yağı Yeni Zelandiyada ən son texnoloji avadanlıqlar vasitəsilə “Fritz Churn” nehrə üsulu ilə istehsal olunur. Məhsulun tərkibi və keyfiyyəti ilə bağlı bütün lazimi sertifikatlara istinadən idxal olunur.”
Jalə xanım sözlərinə davam edərək bildirib ki, “ittihamları yayımlayan media orqanları ilə bağlı hüquqi prosedur başladılmışdır. Onların ünvanlarına bu ittihamları sübut edən fatların tələbi ilə bağlı rəsmi məktublar göndərilmişdir. Əgər 3 iş günü ərzində cavab ala bilməsək, bu məsələ ilə bağlı müvafiq məhkəmə orqanına müraciət etməyi planlayırıq. Həmçinin qeyd edək ki, "Westgold" kərə yağı markasının rəsmi nümayəndəliyi olaraq biz bu kimi hallara qarşı mübarizəmizi hüquqi müstəvidə aparmağa davam edəcəyik.”
Marja.az olaraq bu məsələni diqqətdə saxlayacaq və izləyicilərimizə nəticələr haqqında məlumat verəcəyik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 11 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
16 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
16 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb






















