“Bank Respublika” biznes kreditlərini 115 milyon manatdan çox artırıb
“Bank Respublika” ASC tərəfindən müştərilərə verilmiş kreditlər (cəmi kredit portfeli) 2021-ci ilin 9 ayı ərzində (yanvar-sentyabr) 2020-ci ilin sonu ilə müqayisədə 177 milyon 722 min manat və ya 39,8% artaraq 624 milyon 589 min manata yüksəlib. Bank ötən ilin sonunda 446 milyon 868 min manat cəmi kredit portfelinə malik idi.
Marja.az Bankın hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayı ərzində “Bank Respublika”nın istehlak kreditləri porfeli 58 milyon 84 min manat və ya 2 dəfə artaraq 117 milyon 793 min manata çatıb.
“Bank Respublika”nın biznes kreditləri portfeli 2021-ci ilin 9 ayı ərzində 2020-ci ilin sonu ilə müqayisədə 115 milyon 76 min manat və ya 34,6% artaraq 447 milyon 908 min manata yüksəlib.
“Bank Respublika”nın daşınmaz əmlak kreditləri (ipoteka) portfeli 2021-ci ilin 9 ayı ərzində 2020-ci ilin sonu ilə müqayisədə 4 milyon 528 min manat və ya 8,4% artaraq 58 milyon 611 min manata qalxıb.
Digər kreditlər isə 34 min manat artaraq 277 min manat təşkil edib.
“Bank Respublika”nın xalis kredit portfeli (mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric kreditlər) 183 milyon 77 min manat artaraq 612 milyon 917 min manata qalxıb. Ehtiyatlar isə 5 miylon 356 min manat azalaraq 11 milyon 6721 min manata düşüb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















