Maliyyə bazarlarında son vəziyyət
EUR
FED sədrinin cümə günü çıxışından sonra EUR/USD məzənnəsi yenidən bahalaşmağa başlayıb. ABŞ-da yüksək inflyasiya təchizat zəncirində ciddi problemlərlə əlaqədar olduğu üçün bunu monetar siyasətlə həll etmək mümkün deyildir və beləliklə, faiz artımına da gedilməyəcəkdir.
Təhlillərə əsasən, avro 1.18$-ın üzərinə kimi bahalaşa bilər. Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq Avropa Mərkəzi Bankının önəmli mətbuat konfransı və cümə günü saat 13:00-da açıqlanacaq inflyasiya da diqqət mərkəzindədir.
GBP
GB/PUSD də 1.37$-da dəstək görməyə başlayıb və 1.39$-a kimi bahalaşa bilər. Burada neft qiymətlərinin dəyər qazanması da önəmli rol oynayır.
Cümə günü saat 12:30-da İngiltərədən də biznes aktivliyi indekslərin yayımlanması gözlənilir.
TRY
TCMB-nin faizini 16%-ə saldıqdan sonra lirə əlavə 7% ucuzlaşıb. Hazırda USD/TRY məzənnəsi 9.80Tl-yə yaxın ticarət edilir və 10.30TL-yə kimi yüksələ bilər.
OIL
Enerji birjalarında neftə olan tələbin artması ilə Brent nefti son 3 ilin maksimumunu yeniləməkdə davam edir. Beləliklə, 87$-ın qırılması ilə 94$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Təchizat zəncirində vəziyyətin pisləşməsi, əmək bazarında yaxşılaşma proqnozlarının zəifləməsi və qışda infeksiyaların artması ehtimalları qızıla olan tələbi yenidən artırıb. 1814$-ın (58.3$/qram) qırılması ilə bir unsiya qiymət 1825$-a (58.7$/qram) kimi də dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
30 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi













.jpg)




