“Apple”ın rüblük gəliri 29% artaraq 83,4 milyard dollara çatıb
Şirkət 2021-ci maliyyə ilində 365,8 milyard dollar cəmi gəlir, 94,6 milyard dollar xalis mənfəət əldə edib. Şirkət maliyyə ilində iPhone-ların satışında 191,9 milyard dollar gəlir götürüb.
ABŞ-ın “Apple” şirkətinin 2021-ci ilin iyul-sentyabr dövründə (şirkətin maliyyə ili üzrə son rüb) gəliri ötən ilin eyni dövrü müqayisədə 29% artıb.
Marja xəbər verir ki, bu barədə şirkətin cümə axşamı öz saytında dərc edilmiş məlumatlardan məlum olur.
Sentyabrın 25-də başa çatan üç aylıq hesabat dövründə "Apple" 83,4 milyard dollar gəlir əldə edib. 2020-ci maliyyə ilinin eyni dövründə bu rəqəm 64,7 milyard dollara yaxın olmuşdu.
Şirkətin son rübdə xalis mənfəəti keçən maliyyə ilinin eyni dövründəki 12,6 milyard dollarla müqayisədə 20,5 milyard dollar olub.
Sentyabrın 25-də də başa çatan maliyyə ili üçün Apple-ın gəliri keçən maliyyə ilindəki 274,5 milyard dollardan 365,8 milyard dollara yüksəlib. Maliyyə ili üçün xalis mənfəət 94,6 milyard dollar təşkil edib, bir il əvvəl bu göstərici 57,4 milyard dollar olmuşdu.
Şirkətin əsas məhsulu iPhone olaraq qalır, bu smartfonların dünya üzrə satışından əldə olunan gəlir son rübdə 38,8 milyard dollar, maliyyə ilində 191,9 milyard dollar təşkil edib.
1976-cı ildə qurulan "Apple" şirkəti iPhone, iPad, iMac, MacBooks, iPod və digər yüksək texnologiyalı məhsullar istehsal edir. Korporasiya dünyanın ən böyük şirkətlərindən biridir.
Müştərilərin xəbərləri

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

"ABB-İnvest" Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!

"Kristal"dan "beton çatlaması" iddialarına cavab - “Park Yasamal"da təhlükəsizliklə bağlı narahatlığa əsas yoxdur"
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
47 san. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
4 d. əvvəl
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib
- 7 d. əvvəl
- 14 d. əvvəl
-
16 d. əvvəl
Bank 5000 ədəd Visa Business kart alışı üzrə tender elan edir
-
28 d. əvvəl
Azər Türk Bank kartlardakı qalıqlar üzrə faiz kampaniyasının müddətini uzatdı
-
34 d. əvvəl
Əhmədova “ədliyyə general-mayoru”, İsmayılova “general-mayor” ali hərbi rütbəsi verildi
- 35 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bank 5000 ədəd Visa Business kart alışı üzrə tender elan edir

Əhmədova “ədliyyə general-mayoru”, İsmayılova “general-mayor” ali hərbi rütbəsi verildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

AYNA-ya yeni vəzifə həvalə edildi

“Azerfon”un baş icraçı direktoru vəzifəsindən ayrılıb

“AzerGold" şirkətinin ixracdan gəlirləri 2 dəfə artıb

"ABB-İnvest" Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!

İtaliya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Zijin Gold-un səhmləri IPO-dan sonra 72% bahalaşıb
