Deputat: “Siqaretin aksiz dərəcəsi qalxdıqca qiyməti də qalxır”
“Vəzifəli şəxslər gəlir bəyannaməsi təqdim etsə, ofşor zonalarla bağlı problem tədricən aradan qalxacaq”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı komitə sədrinin müavini Əli Məsimli deyib.
O bildirib ki, digər tərəfdən siqaretin aksiz dərəcəsi qalxdıqca onun qiyməti də qalxır: “Bu da insanların büdcəsinə pis təsir edir. Siqaretlərə aksizlərin qoyulmasını düzgün hesab etmirəm. Bu aztəminatlı ailələrin büdcəsinə xeyli dərəcədə təsir göstərəcək. Sosial sahədə olan güzəştləri alqışlayırıq. Digər tərəfdən, ölkə xaricində və daxilində müalicə xərcləri ilə bağlı təklif edilən rəqəmləri daha da artırmağı təklif edirəm. Çünki bu xəstəliklərin əməliyyatlarının qiyməti olduqca bahalıdır. Məsələn, xaricdə ciyər köçürülməsi ilə bağlı əməliyyata ən yaxşı halda 50 min manat vəsait tələb olunur. Ona görə də təklif edilən 40 min manatlıq həddi bir az da artırmaq daha da məqsədəuyğun olardı. 20 il ərzində “n” sayda dəyişikliklər edilmiş Vergi Məcəlləsi 2030-cu ilə qədər müəyyən edilmiş milli prioritetlərin əksini tapdığı Vergi Məcəlləsi ola bilməz”.
Həmçinin oxu
Siqaretin aksiz dərəcəsi artırılırQeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 6 d. əvvəl
- 7 d. əvvəl
- 40 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Ən çox oxunanlar
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub
























