Azərbaycana analoqu olmayan etiket və qablaşdırma çapı avadanlığı gətirildi
Bundan sonra Azərbaycan mal istehsalçıları etiket və qablaşdırma üçün xarici şirkətlərə müraciət etməyə bilər.
“Artpak”ın təşkil etdiyi və dünyada analoqu olmayan unikal avadanlıqların alınmasına həsr olunmuş təqdimat keçirilib. “Artpak” 2009-cu ildə yaradılıb və elastik plastik qablaşdırma və öz-özünə yapışan etiketlərin istehsalı üzrə ixtisaslaşıb. Azərbaycan şirkəti dünyada etiket və qablaşdırma çapı üçün hibrid analoq-rəqəmsal avadanlıq alan ilk şirkət olub.
Avadanlıq Rusiyanın B2print şirkətindən alınıb. “Artpak”ın təsisçilərindən biri İlqar Məmmədovun sözlərinə görə, bundan sonra Azərbaycan mal istehsalçıları etiket və qablaşdırma üçün xarici şirkətlərə müraciət etməyə bilər. Ən müasir və keyfiyyətli məhsul artıq Azərbaycanda istehsal olunacaq:
“Mən Rusiyada yaşayıram və biz Rusiya təcrübəsini ölkəmizdə fəal şəkildə tətbiq edirik. Azərbaycanda bu biznes ciddi şəkildə inkişaf edib. Burada gördüyünüz avadanlıq unikaldır. İtaliya və İsveçrədə istehsal olunur və dünyada analoqu yoxdur.
B2print-in sözçüsü Sergey Kuzin bildirib ki, Rusiya şirkətləri bu avadanlığı almağı düşünərkən, “Artpak” daha çevik olub və dünyada hibrid avadanlıq əldə edən ilk şirkət olub.
“Bu sözləşmə Azərbaycanda etiket və qablaşdırma istehsalının inkişafına böyük təkan verəcək”.
Sonda İlqar Məmmədov və Adil Əliyev yeni texnikanın istifadəyə verilməsi əlaməti olaraq rəmzi qırmızı lenti kəsiblər.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Qafqazinfo”
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 22 d. əvvəl
-
26 d. əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
4 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
5 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
7 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
7 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
Son Xəbərlər

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
