Azərbaycanın xarici ticarət dövriyyəsinin 2025-ci ildə 30 milyard dolları keçəcəyi gözlənilir
2022-ci ildə Azərbaycanın mal ixracının həcminin 15 milyard 931 milyon ABŞ dolları, idxalının isə 11 milyard 733 milyon dollar təşkil edəcəyi proqnozlaşdırılır. Nəticədə, ümumi xarici ticarət dövriyyəsinin həcmi 27 milyard 664 milyon dollar olacaq.
Bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.
Beləliklə, müsbət ticarət saldosu 4 milyard 1978 milyon dollara bərabər olacağı güman edilir.
Uzunmüddətli perspektivdə ölkənin xarici ticarət dövriyyəsinin 2026-cı ilədək 30 milyard dolları keçməsi istisna edilmir.
Xatırladaq ki, 2020-ci ilin yekunlarına görə, Azərbaycanın ticarət dövriyyəsinin ümumi həcmi 24 milyard 471 milyon dollar, müsbət saldonun həcmi isə 3 milyard 9 milyon dollar təşkil edib. Son məlumatlara görə isə bu ilin yanvar-sentyabr aylarında ölkənin ticarət dövriyyəsinin həcmi 22 milyard 974 milyon dollar, müsbət ticarət balansı isə 6 milyard 285 milyon dollara bərabər olub.
Azərbaycanın 2022-2025-ci illər ücün ticarət dövriyyəsi üzrə proqnozlar:
Göstəricilər, mlrd. dollar | 2022-ci il | 2023-cü il | 2024-cü il | 2025-ci il |
İxrac | 15,931 | 17,094 | 17,761 | 17,827 |
İdxal | 11,733 | 11,803 | 12,056 | 12,396 |
Dövriyyə | 27,664 | 28,896 | 29,818 | 30,224 |
Müsbət saldo | 4,198 | 5,291 | 5,705 | 5,431 |
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























