"STP-AH" şirkətində baş vermiş partlayışla bağlı rəsmi açıqlama!
9 noyabr, 2021-ci il tarixində gecə saatlarında Sumqayıtda, STP Şirkətlər Qrupunun törəmə şirkəti olan STP-AH MMC-də partlayış hadisəsi baş verib.
STP-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, hadisə baş verən zaman ərazidə üç metaləritmə işçisi olub. Yoxlanış üçün tibb məntəqəsinə yönləndirilən əməkdaşların sağlamlığına ziyan dəymədiyi, səhhətlərinin yerində olduğu müəyyən olunub. Əmək qabiliyyəti yerində olan hər üç əməkdaş iş fəaliyyətini fasiləsiz davam etdirəcəklər.
"İlkin araşdırmalar göstərir ki, hadisə zamanı texnoloji proses təlimata uyğun aparılıb, həmçinin avadanlıqlar saz vəziyyətdə olub. Hadisəyə ərimə prosesində metal tullantıların arasında, və ya içərisində olan yad cisimlərin səbəb olduğu ehtimal olunur. Belə ki, ərimə prosesi zamanı müxtəlif bərk və ya maye halında olan kimyəvi maddələrin bir-biri ilə reaksiyaya girməsinin nəticəsində yaranan təzyiqli qaz partlayışa səbəb olub. Partlayış yanğına və avadanlığın sıradan çıxmasına səbəb olmasa da güclü səsə və hava dalğasına səbəb olub", -məlumatda bildirilir.
Qeyd edilib ki, STP Şirkətlər Qrupu üçün əməyin mühafizəsi və ətraf mühitin qorunması prioritet məsələdir.Bunun üçün şirkətdə ən müasir avadanlıqlar quraşdırılıb, texniki proseslər əməkdaşların sağlamlığını maksimum qoruyacaq formada tərtib olunur. Bütün bunlarƏtraf Mühit İdarəetmə və Əməyin sağlamlığının və Təhlükəsizliyinin qiymətləndirilməsi sisteminin beynəlxalq standartlarını nəzərdə tutan İSO18001 sertifikatı ilə təsdiqlənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
8 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























