"Freedom Finance" Sankt-Peterburq Birjasının səhmlərini almağa hazırdır - 150 MİLYON DOLLARLIQ TƏKLİF
"Freedom Finance" şirkəti Sankt-Peterburq Birjasının (SPB Exchange) səhmlərinin ilkin kütləvi təklifində (IPO) iştirak etmək üçün 150 milyon dollarlıq sifariş ilə müraciət edib.
Marja TASS-a istinadən xəbər verir ki, bunu "Freedom Finance"ın təsisçisi, "Freedom Holding Corp"un baş direktoru Timur Turlov bildirib.
“Sifarişin məbləği yerləşdirmənin həcminə bərabərdir. Biz həqiqətən təklif olunan bütün həcmi təklif olunan qiymətə almağa hazırıq, onu cəlbedici hesab edirik”, - deyə Turlov bunun 150 milyon dollarlıq sifariş olduğunu təsdiqləyib.
Məlumata görə, Sankt-Peterburq Birjasının bir səhminin qiyməti 10,5-11,5 dollar aralığında müəyyən edilib.
Səhmin yekun qiyməti 18 noyabr 2021-ci il tarixində sifarişlər tamamlandıqdan sonra müəyyən ediləcək və 19 noyabr 2021-ci ildə elan ediləcək. SPB IPO çərçivəsində 14,3 milyona qədər səhm yerləşdirməklə 150 milyon dollar cəlb etmək niyyətindədir.
SPB Birjası Rusiya maliyyə bazarında beynəlxalq şirkətlərin qiymətli kağızlarının ticarətinin aparıcı təşkilatçısıdır. Birja ilkin kütləvi təklif niyyətini 18 oktyabr 2021-ci il tarixində açıqlayıb. Şirkət tərəfindən 14,3 milyona qədər səhm təklif olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 9 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
14 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
15 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























