Daha bir elektrikli avtomobil təqdim olunub - FOTOLAR
Subaru Toyota ilə birlikdə hazırladığı ilk tam elektriklə işləyən avtomobilini (elektromobil) - Subaru Solterra-nı ictimaiyyətə təqdim edib.
Marja.az xəbər verir ki, son illərdə çox populyarlaşan elektrik avtomobilləri bir çox markaların bu bazara ciddi sərmayə qoymasına şərait yaradıb. Subaru Solterranın da maraq göstəriləcək avtomobillərdən olacağı düşünülür.
Yaponiyanın Subaru brendinin Toyota ilə birlikdə hazırladığı ilk elektrikli model - Solterranın təqdimatı isə Yaponiyada keçirilib.
SUBARU SOLTERRA - XÜSUSİYYƏTLƏR
Ön təkərli çəkiş rejimində Solterra modelinin akkumulyatorları 530 kilometr, dörd təkərli çəkiş rejimində isə tək şarjla 460 kilometr məsafə qət edə bilir.
Solterra, Toyota-nın bu yaxınlarda təqdim etdiyi elektrik avtomobili bz4x-ə də çox bənzəyir.
İki elektrik mühərrikindən aldığı güclə 215 at gücü istehsal edən Solterra, 71,4 kVt/saatlıq akkumulyatora sahibdir.
2022-DƏ SATIŞA ÇIXARILACAQ
Qiyməti hələ məlum olmayan Solterranın 2022-ci ilin ortalarında satışa çıxarılacağı açıqlanıb.
Avtomobil haqqında daha çox texniki məlumatın gələn həftə Los-Anceles avtomobil sərgisində təqdim ediləcəyi gözlənilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
50 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















