Bu il Azərbaycanda yığılmış minik avtomobili və traktorların sayı açıqlandı
2021-ci ilin yanvar-oktyabr aylarında (10 ayda) Azərbaycanda 1862 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4% çox ( və ya 365 ədəd çox) minik avtomobili istehsal olunub (yığılıb).
2021-ci ilin yanvar-sentyabr aylarında (9 ayda) Azərbaycandaa 1516 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, oktyabrda Azərbaycanda 346 ədəd minik avtomobili istehsal edilib. Sentyabrda Azərbaycandakı müəssisələr tərəfindən 302 ədəd avtomobil buraxılmışdı.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 01.11.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 365 ədəd təşkil edib. 01.10.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 366 ədəd təşkil etmişdi.
TRAKTOR İSTEHSALI KƏSKİN ARTIB
2021-ci ili yanvar-oktyabr aylarında Azərbaycanda 581 ədəd traktor istehsal edilib. İstehsal ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb. 01.11.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 56 ədəd təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala, Hacıqabul və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























