AQTA idxalda aşkarlanan uyğunsuzluqlarla bağlı müxtəlif ölkələrə 182 bildiriş göndərib
"Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik, virus və bakteriya mənşəli bir sıra xəstəliklər yayılır".
Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib. Onun sözlərinə görə, həmin virus xəstəliklərinin əsas sahib bitkisi pomidordur, lakin bu viruslar badımcançiçəklilərə və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur:
"Bununla bağlı, ölkəmizdə idxal tələbləri dəyişdirilib və fitosanitar nəzarət tədbirləri daha da gücləndirilib. Bu ilin ötən dövrü ərzində idxalda aşkarlanan uyğunsuzluqlar səbəbindən Agentlik tərəfindən müxtəlif ölkələrə ümumilikdə 182 bildiriş göndərilib. Həmin bildirişlərdən 125-i Rusiya (ərzaqlıq buğda – 98, ərzaqlıq qarğıdalı -6, toxumluq kartof - 21), 37-si İran (ərzaqlıq kartof - 36, toxumluq kartof -1), 15-i Gürcüstan (ərzaqlıq kartof - 5, toxumluq kartof - 10), 3-ü Türkiyə (tinglər -1, ərzaqlıq kartof -2), 1-i Ukrayna (günəbaxan toxumu), 1-i İspaniya Krallığına (pomidor toxumu) təqdim edilib".
Agentlik sədri eyni zamanda deyib ki, həmçinin ölkəmizdən ixrac olunan məhsullarda aşkarlanan uyğunsuzluqlarla bağlı ümumilikdə 128 bildiriş daxil olub: "Həmin bildirişlərdən 109-u Rusiya (pomidor - 71, şaftalı -16, armud - 4 nektarin -4, digər - 14), 17-si Qazaxıstan (pomidor), 2-si Ukraynadan (taxta qablaşdırma materialı) göndərilib. Daxil olmuş bildirişlərlə bağlı araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb".
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























