Strateji neft ehtiyatlarından satışa hazırlaşan ölkələrə xəbərdarlıq edildi
Beynəlxalq Enerji Forumu (IEF) elan edib ki, neft istehlak edən ölkələr strateji neft ehtiyatlarını satışa çıxararsa və ya epidemiyaya görə dayanmalar baş verərsə, OPEC+ neft hasilatı planını yenidən nəzərdən keçirə bilər.
Marja xəbər verir ki, baş qərargahı Ər-Riyadda yerləşən Beynəlxalq Enerji Forumunun verdiyi açıqlamaya görə, neft istehlak edən ölkələr neft ehtiyatlarını satmağa başlasalar və ya Covid-19 epidemiyasının pisləşməsi halında OPEC+ neft hasilatını planına dəyişiklik edə bilər.
IEF-in baş katibi Cozef Makmoniql deyib: “Mən proqnozlaşdırıram ki, OPEC+ enerji nazirləri tədricən bazara daha çox neft çıxarmaq üçün hazırkı planlarını davam etdirəcəklər. Bununla belə, ABŞ, Avropa və Asiyada strateji ehtiyatlardan satış başlasa və ya pandemiya səbəbindən yeni bağlanmalar olarsa, OPEC+ bazar şərtlərini yenidən qiymətləndirməli ola bilər".
IEF-in açıqlaması, Yaponiya mediasının hökumətin ABŞ-la artan neft qiymətlərini cilovlamaq üçün birgə səylərinin bir hissəsi olaraq strateji xam neft ehtiyatlarını satmağa hazırlaşdıqlarını bildirməsindən dərhal sonra verilib.
"OPEC+ neft hasilatı planını yenidən nəzərdən keçirə bilər" dedikdə, kartelin neft hasilatının azaldılması planının bərpası sürətini azaltması başa düşülə bilər. Başqa sözlə, bazara neft təklifi azaldıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















