Bayden FED sədrini dəyişməmək qərarına gəlib - DOLLAR BAHALAŞDI
ABŞ Prezidenti Co Bayden (Joe Biden) ABŞ Mərkəzi Bankının (Fed-) sədri Cerom Paueli (Jerome Powell) dəyişdirməmək qərarına gəlib.
Marja xəbər verir ki, məlumatdan sonra Dollar 1,5 ilin maksimumunu yeniləyib.
Altı əsas valyutaya nisbətdə məzənnəni əks etdirən dollar indeksi gün ərzində 0,52% artaraq 96,55 punkta çatıb ki, bu da Baydenin Amerika mərkəzi bankının sədri vəzifəsinə ikinci müddətə Cerom Paueli namizəd göstərməsindən sonra keçən ilin iyulundan bəri ən yüksək göstəricidir.
Avronun dollara nisbətdə məzənnəsi 0,46% ucuzlaşaraq, 1 avro üçün 1,1236 dollar olub və bu, 16 ayı ən aşağı məzənnəsidir.
Keçmiş investisiya bankiri və dollar milyonçusu olan Pauel 2018-ci ilin fevralından FED-ə rəhbərlik edir və 2021-ci ilin fevralında onun vəzifə müddəti sona çatır. Konqresdəki demokratlar onun oktyabr ayında Ağ Evdə müsahibə verən FED-in Rəhbərlər Şurasının üzvü, 59 yaşlı Lael Brainard ilə əvəzlənməsini müzakirə edirdilər.
Brainard yumşaq pul siyasətinin - aşağı faizlərin və ucuz pulun tərəfdarı kimi tanınır. Lakin Pauell postunu saxladı və bazarlar bunu qaçılmaz sərtləşmə üçün bir siqnal kimi qəbul etdi.
Baydenin qərarından sonra, FED-in faiz dərəcəsi üzrə fyuçerslər faizin ilk artırılmasının 2022-ci ilin iyununda olacağını 92% ehtimalla əks etdirir. Keçən həftənin sonunda belə bir ehtimal 70% olaraq qiymətləndirilmişdi.
Pauell ilk öncə faiz dərəcələrini artıraraq, Fed-in balansını azaltmağa başlamışdı. Lakin iki il sonra pandemiya ilə əlaqədar olaraq faizi sıfıra endirdi və çap dəzgahını əvvəllər heç vaxt görülməmiş bir sürətdə işə saldı. Bazarları 4,5 trilyon dollarla dolduran FED, digər dünya mərkəzi bankları ilə birlikdə son 30 ildə ABŞ və Avropa üçün rekord səviyyəyə çatan inflyasiya dalğası yaratdı.
"Bank of America" proqnozlaşdırır ki, Noyabr ayından etibarən Fed aktivlərin alınmasını azaltmağa başlayacaq və 2022-ci ilin birinci yarısında proqramı tamamilə dayandıracaq. Ardınca isə 2023-24-cü illərdə başlayacaq likvidliyin geri çəkilməsi (kəmiyyət sərtləşdirməsi) gözlənilir.
Dollar yen qarşısında 2017-ci ilin martından bəri ən yüksək səviyyəyə qalxıb
Çərşənbə axşamı ABŞ dolları Yapon yeninə qarşı 2017-ci ilin mart ayından bəri ən yüksək səviyyəyə qalxıb.
Yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 06:30) bir dollara 115 yen verilib.
Kursun dəyişməsi noyabrın 22-də ABŞ prezidenti Co Baydenin Federal Ehtiyatlar Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) hazırkı sədri Cerom Paueli bu vəzifəyə ikinci müddətə namizəd kimi təqdim etməsi ilə bağlıdır. Bu, treyderlərin ABŞ-ın gələcək maliyyə siyasəti ilə bağlı qeyri-müəyyənlik hissini azaldıb və onları dollar almağa sövq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
22 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"























