Yeni sığorta düzəlişləri nələr vəd edir? - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
Azərbaycan Respublikası Milli Məclisində müzakirəyə çıxarılacaq "İcbari sığortalar haqqında" Qanun sürücülərin işini yüngülləşdirməyə imkan verəcək. "İnsurance Consalting Service" MMC olaraq yenilikləri təqdim edirik.
- Hazırda elektron sığorta müqaviləsini yalnız sığorta şirkətindən almaq mümkündür. Yeniliklərdən sonra sürücülər son 5 il üzrə olan müqaviləsini elektron bazadan çıxara biləcək.
- Əksər hallarda avroprotokol sığorta şirkətləri tərəfindən müəyyən bəhanələr gətirilməklə, tərtib edilmirdi. Əvəzində polisin forma 4 sənədi gözlənilərək vaxt itkisinə səbəb olurdu. Yeni düzəlişlərə əsasən artıq sığorta şirkətinin deyil, hadisə iştirakçılarının qərarına əsasən avroprotokol tərtib edilərək elektron sistemə yüklənəcək. Qeyd edək ki, avroprotokol 1000 manatadək zərər, hadisə iştirakçılarının hadisə barədə razılığı, sağlamlığa zərər dəyməməsi halları olduqda tərtib edilir və polisin forma 4 sənədinə ehtiyac yaranmır.
Göründüyü kimi mövcud vəziyyətə münasibətdə artıq sürücülər müəyyən vaxt itkisindən xilas ola biləcək.
Müəllif: Aqil Nuriyev, "İnsurance Consalting Service" MMC-nin (sigortadestek.az) direktoru
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























