Azərbaycanda aylıq nağdsız ödənişlər 1 milyard manatdan çox olmaqda davam edir
Bu ilin 10 ayında Azərbaycanda nağdsız ödənişlərin həcmi 8 milyard manatı ötüb.2021-ci ilin oktyabr ayında Azərbaycanda ödəniş kartları vasitəsilə 1 milyard 154 milyon manatlıq nağdsız ödənişlər həyata keçirilib. Sentyabrda nağdsız ödənişlərin cəmi məbləği 1 milyard 108 milyon manat olmuşdu.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 10 ayı ərzində (yanvar-oktyabr) ATM-lər ilə 32 milyon manat, POS-terminallar ilə 3 milyard 120 milyon manat və elektron ticarət vasitəsilə 5 milyard 218 milyon manat olmaqla cəmi 8 milyard 370 milyon manat nağdsız ödənişlər həyata keçirilib. Bu, 2020-ci ilin 12 ayındakı nağdsız ödənişlərdən (6 milyard 115 milyon manat) 2 milyard 255 milyon manat çoxdur. Nağdsız ödənişlər ötən ilin 10 ayı ilə müqayisıədə isə 73% artıb.
Həmçinin oxu
Kredit kartları maaş kartlarından daha çox artıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























