Yaponiyanın neft ehtiyatlarının bir hissəsinin satışı bazara o qədər də təsir etməyəcək - ekspert
Yaponiya hökumətinin ABŞ və digər ölkələrlə əməkdaşlıq edərək milli neft ehtiyatlarının bir hissəsini satmaq qərarı bazara o qədər də təsir etməyəcək.
Marja xəbər verir ki, bunu Qabaqcıl Siyasət Araşdırmaları Milli İnstitutunun (GRIPS) professoru Hisanori Nei bildirib. Əvvəllər o, Dövlət Təbii Ehtiyatlar və Energetika İdarəsində strateji neft ehtiyatlarına rəhbərlik edib, Yaponiya Milli Neft, Qaz və Metallar Korporasiyasının (JOGMEC) Direktorlar Şurasının üzvü olub.
“Aparıcı neft istehlakçısı ölkələrinin - ABŞ, Böyük Britaniya, Çin, Hindistan, Cənubi Koreya və Yaponiyanın öz ehtiyatlarının bir hissəsinin razılaşdırılmış şəkildə satışı ilə bağlı qərar verməsi faktının özü böyük əhəmiyyət kəsb edir”, - ekspert bildirib. "Lakin bu əməliyyat uzun müddət davamlı olmayacaq və mənə elə gəlir ki, böyük nəticə verməyəcək."
Professor qeyd edib ki, Yaponiya hökuməti bazara cəmi 4,2 milyon barrel neft çıxarmaq niyyətindədir ki, bu da ABŞ-ın satacağı 50 milyon bareldən xeyli azdır.
Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, sentyabrın sonunda ölkədə on dövlət və özəl anbarda 74,25 milyon kilolitrlik neft olub. Bu ehtiyat 235 gün ərzində ölkənin tələbatını ödəyə bilər.
Çərşənbə günü Yaponiyanın Baş naziri Fumio Kişida ABŞ və digər ölkələrlə əməkdaşlıq çərçivəsində neftin qiymətinin aşağı salınması marağı ilə bu strateji ehtiyatların bir hissəsini satmaq qərarına gəldiyini açıqlayıb. Dəqiq həcmlər açıqlanmayıb, lakin Yaponiyanın aparıcı biznes qəzeti "Nikkei"nin məlumatına görə, bazara cəmi 4,2 milyon barel neft çıxarılacağı gözlənilir.
ABŞ çərşənbə axşamı strateji ehtiyatlarından 50 milyon barel neft satılacağını elan edib. Ağ Ev bir sıra digər ölkələrin, o cümlədən Böyük Britaniya, Çin, Hindistan, Cənubi Koreya və Yaponiyanın da oxşar addım atacağını vurğulayıb. “Yomiuri” qəzetinin məlumatına görə, ümumilikdə təxminən 70 milyon barel neft satıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 59 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























