70-dən çox Yapon şirkəti yeni rəqəmsal valyuta buraxmağa hazırlaşır
Yaponiyanın ən böyük bankları da daxil olmaqla 74 Yaponiya şirkət və təşkilatından ibarət konsorsium 2022-ci ilin ikinci yarısında yeni rəqəmsal valyuta təqdim etmək niyyətindədir.
Marja xəbər verir ki, bu barədə cümə axşamı Nikkei qəzeti məlumat yayıb.
Valyutanın müvəqqəti adı DCJPY-dir. O, bank depozitləri ilə təmin olunacaq. Konsorsium, şirkətlər arasında gecə-gündüz ani əməliyyatlar həyata keçirmək üçün blokçeyn texnologiyalarından və ümumi platformadan istifadə etməyi planlaşdırır.
Hesablaşmalar üzrə minimum transfer məbləği 1 yen olmaqla Yaponiyanın milli valyutası (yen) ilə aparılacaq. Eyni zamanda, rəqəmsal valyutada böyük əməliyyatlar üçün komissiyalar bank köçürmələri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olmalıdır.
Konsorsiuma Yaponiyanın üç bank nəhəngi Mitsubishi UFJ, Sumitomo Mitsui Financial Group və Mizuho Financial Group, habelə bir sıra enerji, sənaye nəqliyyat və s. şirkətləri daxildir. Konsorsiuma JR East dəmir yolu şirkəti, ölkənin ən böyük kuryer xidməti Yamato Holdings, NTT telekommunikasiya korporasiyası və Kansai Electric Power enerji şirkəti daxildir.
Yaponiya Bankı (mərkəzi bank) bu ilin aprelində öz rəqəmsal valyutasının buraxılması imkanlarını sınaqdan keçirmək üçün eksperimentin birinci mərhələsinə başlayıb. Gələn ilin mart ayına qədər yeni sistem üçün test mühiti hazırlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 59 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















