Neft ehtiyatlarından istifadə qiymətləri aşağı salmaq üçün yetərli olmaya bilər - Çinli ekspert
Bir sıra ölkələrin strateji neft ehtiyatlarından istifadə etməsi dünya qiymətlərini aşağı salmaq və bazarı sabitləşdirmək üçün yetərli olmaya bilər.
Marja.az xəbər verir ki, bu barədə cümə axşamı Çin Neft Universitetinin (Pekin) Rusiya və Mərkəzi Asiya üzrə tədqiqat mərkəzinin rəhbərinin müavini Liu Tsyan bildirib.
"Hazırda tələb və təklifin vəziyyətində böyük qeyri-müəyyənlik var. Neftin ehtiyatlarından satış bazarın gözləntilərini dəyişmək üçün kifayət deyil”,- o deyib.
Liu Qian onu da qeyd edib ki, ABŞ və Yaponiyanın ehtiyatlardan neft satışa çıxarması qiymətlərin aşağı düşməsinə səbəb olmayıb. “Neft fyuçerslərinin qiyməti, əksinə, artıb”, - o vurğulayıb.
Çinin nefti ehtiyatlarından nə vaxt satış edəcəyi ilə bağlı dəqiq məlumat yoxdur.
ABŞ çərşənbə axşamı strateji ehtiyatlardan 50 milyon barel satış edəcəyini açıqlayıb. Ağ Ev oxşar addımı Böyük Britaniya, Hindistan, Çin, Cənubi Koreya və Yaponiya da daxil olmaqla bir sıra digər dövlətlərin də atacağını vurğulayıb.
Çərşənbə günü Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian deyib ki, Çin "ölkədəki vəziyyəti və öz ehtiyaclarını nəzərə alaraq nefti milli ehtiyatlardan azad edə bilər". Onun sözlərinə görə, Pekin bazarı dəstəkləmək üçün başqa tədbirlər görməyə hazırdır. Diplomat həmçinin qeyd edib ki, bu cür qərarlar barədə dərhal məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 59 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















