Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ "Omikron" gərginliyi səbəbindən qiymətlərin düşməsindən sonra da ehtiyatdan neft satışından əl çəkmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ "Omikron" gərginliyi səbəbindən qiymətlərin düşməsindən sonra da ehtiyatdan neft satışından əl çəkmir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ administrasiyası, digər amillərlə yanaşı, koronavirusun yeni "Omikron" ştamının yayılmasının yaratdığı qiymətlərin aşağı düşməsinə baxmayaraq, hazırda ölkənin strateji ehtiyatından neftin çıxarılması qərarını yenidən nəzərdən keçirmir. 

Marja.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib.

"Yox. Biz qərarı yenidən nəzərdən keçirmirik", - Psaki bildirib

Son bir neçə gündə Afrikanın cənubundakı bir sıra ölkələrdə yeni növ koronavirusun aşkarlanması və Avropada ona ilk yoluxma hallarının aşkarlanması ilə bağlı xəbərlər fonunda neftin qiymətində kəskin ucuzlaşma müşahidə olunub.

Noyabrın 23-də Ağ Ev ABŞ prezidenti Co Baydenin strateji ehtiyatlardan 50 milyon barel neftin çıxarılması ilə bağlı qərarını açıqlayıb. Verilən məlumata görə, bu, amerikalılar üçün yanacağın qiymətlərini aşağı salmaq və pandemiyadan sonra dünya bazarında tələb və təklifi sabitləşdirmək məqsədilə edilir. ABŞ rəsmiləri Böyük Britaniya, Çin, Hindistan, Cənubi Koreya və Yaponiya da daxil olmaqla bir sıra digər ölkələrin də eyni addımı atacağını bildiriblər.

30.11.2021 07:24

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18