"Saudi Aramco", krallığın ən böyük qaz yatağının işlənməsi üçün müqavilə imzalayıb
Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco", Səudiyyə Ərəbistanının ən böyük qaz yatağı olan "Jafura"nın (Al-Jafura, Əl-Cəfurə) işlənməsi üçün 10 milyard dollarlıq EPC müqaviləsi imzalayıb.
Marja xəbər verir ki, bu barədə şirkətin məlumatlnda deyilir.
Aramco-ya görə, EPC müqaviləsi qaz zavodunun və qaz sıxma qurğularının, eləcə də infrastruktur və əlaqədar yerüstü qurğuların tikintisini nəzərdə tutur. Həmçinin yerin təkinin işlənməsi üzrə 16 müqavilə imzalanıb. İşlər yerli beynəlxalq xidmət şirkətləri tərəfindən həyata keçiriləcək. İnkişafın ilk 10 ilində "Jafura"da əsaslı xərclər 68 milyard dollara çatacaq və bütün fəaliyyət dövrü ərzində bu sahəyə 110 milyard dollar sərmayə qoyulacaq.
Yataqda qaz ehtiyatları 200 trilyon kubfut qiymətləndirilir (təxminən 56,6 milyard kubmetr). Yataqdan qaz hasilatının 2030-cu ilə qədər gündəlik 60 milyon kubmetrdən çox olacağı gözlənilir. Aramco gözləyir ki, "Jafura" qazı krallığın 2060-cı ilə qədər istixana qazı emissiyalarının sıfır səviyyəsinə keçməsinə mühüm töhfə verərək daxili neft istehlakını əvəz edəcək. Hasilatın zirvəsində "Jafura"nın işlənməsi gündə 300 min bareldən çox nefti əvəz edəcək.
“Qaz enerji keçidində mühüm rol oynayır və aşağı karbonlu hidrogen və ammonyak üçün xammal təmin etməklə emissiyaları əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək. Bu, həmçinin Aramco-ya genişlənən neft-kimya sənayesində istifadə üçün yüksək dəyərli xammala çıxış əldə etməyə imkan verəcək və bizim məqsədimiz artan tələbatı ödəmək üçün növbəti onillikdə qaz hasilatı imkanlarımızı əhəmiyyətli dərəcədə artırmaqdır”, - deyə baş direktor Amin Nasser bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















