Neft gecə kəskin ucuzlaşıb - avqustun 23-dən bəri ilk dəfə...
ICE birjasında Brent markalı neftin qiyməti avqustun 23-dən bəri ilk dəfə bir barel üçün 68 dollardan aşağı düşüb.Londonun ICE birjasında 2022-ci ilin fevral ayı üçün Brent markalı neftin fyuçers müqaviləsinin qiyməti 7,4% düşərək bir barel üçün 67,8 dolları görüb. Brent markalı neftin bir barelinin qiyməti sonuncu dəfə 23 avqust 2021-ci ildə 68 dollardan aşağı olub.
Marja xəbər verir ki, eyni zamanda WTI markalı xam neftin fyuçerslərinin qiyməti 7,51% azalaraq 64,70 dollar/bareli test edib.
Koronavirusun Omikron ştammının yayılması ilə əlaqədar olaraq bir sıra ölkələr, o cümlədən ABŞ səyahət qaydalarını sərtləşdirməyi planlaşdırır. Bloomberg-in mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ-a hava yoluyla gələn bütün sərnişinlər, peyvənd vəziyyətləri nə olursa olsun, yola çıxışından sonra bir gün ərzində testdən keçiriləcək.
Dekabrın 1-də keçiriləcək OPEC ölkələrinin nazirlərinin iclası OPEC-in 2022-ci ildə fəaliyyətinin təşkilati məsələlərinə həsr olunacaq, orada neft hasilatının səviyyəsinin müzakirəsi planlaşdırılmır.
OPEC-in iclası Bakı vaxtı ilə saat 17:00-a planlaşdırılıb. Bu iclas OPEC+ formatında dekabrın 1-2-nə planlaşdırılan bir sıra görüşlərdən əvvəl baş tutacaq. Təşkilatın iclasının gündəliyindən məlum olur ki, neft bazarı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulmur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















