Dünyada ərzaq qiymətləri 10 ilin ən yüksək səviyyəsində qalmaqdadır
Dünya ərzaq qiymətləri, buğda və süd məhsullarının bahalaşmasının təsiri ilə Noyabrda da artıb və 10 ilin ən yüksək səviyyəsində qalmaqda davam edib.
Marja xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təəsrrüfatə Təşkilatı (FAO) tərəfindən hazırlanana taxıllar, süd məhsulları, bitki yağları, ət və şəkər qiymətlərindəki aylıq dəyişiklikləri izləyən dünya qida qiymətləri indeksi Oktyabr ayının revizə edilmiş 132.8 səviyyəsindən Noyabr ayında 134.4-ə yükəlib.
Oktyabr ərzaq qiymətləri indeksi daha əvvəl 133.2 olaraq açıqlanmışdı.
Dünya ərzaq qiymətləri Noyabrda, 2011-ci ilin İyun ayından bəri ən yüksək səviyyəsini görüb. Noyabrda qiymətlər bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 27.3% yüksəlib.
Aqrar əmtəələrinin qiymətləri məhuldarlığın aşağı düşməsi və tələbin artmasına görə yüksəlir.
FAO taxıl qiymətləri indeksi, buğda qiymətlərinin 10 ildən uzun müddətin ən yüksək səviyyəsini görməsilə Noyabr ayında Oktyabr ayı ilə müqayisədə 3.1%, keçən ilin eyni ayı ilə müqayiədə isə 23.2% artıb.
Buğda qiymətləri Avstraliyada yağıntılar və Rusiyanın ixrac tədbirlərində ola biləcək dəyişikliklərə dair narahatlıqlar ilə artıb.
Süd məhsulları qiymətləri indeksi noyabrda 3.4% artaraq ən böyük aylıq yüksəlişini qeyd edib.
FAO, kərəyağı və süd tozuna tələbin güclü olduğunu da qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























