“AzerGold”un rəhbəri və onun ailə üzvləri haqqında iddialar ilə bağlı açıqlama
"Son günlər bir sıra media subyektləri və sosial şəbəkə istifadəçiləri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti, həmçinin rəhbərliyi və onun ailə üzvləri haqqında həqiqəti əks etdirməyən materiallar yayımlamaqda, bununla da qeyd olunan şəxslər barəsində ictimaiyyətdə mənfi rəy formalaşmaqdadır".
Marja xəbər verir kki. bu barədə “AzerGold"un açıqlamasında bildirilir.
Şirkət bildirir ki, Cəmiyyət tərəfindən bütün tenderlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilmiş, Cəmiyyətin rəhbərliyi və onun ailə üzvləri heç bir hüquqi və faktiki əsaslara söykənməyən materiallarda tenderlərin qalibləri olaraq göstərilən “Buta Construction” QSC və “AZCD Group” QSC-nin idarəetməsində iştirak etmir, həmçinin onların həmin şirkətlərlə hər hansı bir bağlılığı mövcud deyildir.
"Təəssüflə qeyd etmək istərdik ki, rəsmi məlumatlara istinad edilmədən və dəqiqləşdirilmədən yayılan, həqiqəti əks etdirməyən bu məlumatlar nəinki ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda dünya miqyaslı və aparıcı mədən şirkətinə çevrilmə yolunda irəliləyən şirkətimizin ictimai nüfuzuna və imicinə ciddi xələl gətirə bilər.
Hörmətli media nümayəndələri, ictimaiyyəti dəqiq informasiya ilə təmin etmək yolundakı şərəfli fəaliyyətinizdə həqiqətə xidmət, dəqiqlik və obyektivlik kimi peşə davranış qaydalarına həssaslıq göstərməyiniz, həqiqətə uyğunluğu yoxlanılmayan informasiyanın yayılmaması üçün çalışmağınız və rəsmi mənbələrə istinad etməyiniz xahiş olunur",- açıqlamada deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat sonra
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 19 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























