Türkiyə şirkəti Nyu Yorkda xidmət göstərməyə başladı
Avropa qitəsinin ardından Amerikada genişləməsinə davam edən Türkiyənin kuryer şirkəti "Getir", Nyu-Yorkda xidmət göstərməyə başlayıb.
Marja.az xəbər verir ki, sürətli çatdırma startapı olan "Getir" ötən ay Çikaqoda xidmət göstərməyə başlayaraq ABŞ bazarına daxil olmuşdur. Şirkət bugündən etibarən Nyu-Yorkda da sifariş qəbul etməyə başladığını açıqlayıb.
ABŞ əməliyyatı ilə şirkət olaraq bir dönüş nöqtəsindən keçdiklərini söyləyən "Getir" qurucusu Nazım Salur, "Nyu York, dünyanın hər yerindən insanın olduğu Amerikanın ən əhəmiyyətli, ən hərəkətli şəhəridir. Dünyanın ən əhəmiyyətli ticarət və maliyyə mərkəzidir. Nyu Yorkda zaman hər şey deməkdir, insanlar zamanla yarışır. Bu insanların gündəlik ehtiyaclarına "Getir"in geniş şəbəkəsilə 10 dəqiqə ərzində ödəyə bilmələri, bütün əzbərlərini pozan bir asanlıq olacaq" deyib.
Son dövrdə xarici bazarlarda genişlənməyi sürətləndirən "Getir", 1 il ərzində 7 Avropa ölkəsində (Böyük Britaniya, Hollandiya, Almaniya, Fransa, İspaniya, İtaliya və Portuqaliya) xidmət göstərməyə başlayıb.
"Getir" Nyu-Yorkun ardınca Bostonda fəaliyyətə başlayacaq.
"Getir", ötən Mart ayında aldığı 300 milyon dollarlıq sərmayə ilə dəyərini milyard dolların üzərinə çatdıran Türkiyənin ikinci "unicorn"u olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






















.jpg)
