OPEC+ ölkələri noyabrda sazişi artıqlaması ilə yerinə yetiriblər
OPEC+ ölkələri noyabrda neft hasilatını gündə 410 min barel artıraraq sazişi artıqlaması ilə yerinə yetiriblər2021-ci ilin noyabrında neft hasilatının azaldılmasına dair sazişdə iştirak edən OPEC+ ölkələri hasilatı əsasən OPEC ölkələrinin hesabına sutkada 410 min barel (barel/gün) artıraraq 37,29 milyon barelə çatdırıblar.
Marja.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) dekabr hesabatında deyilir.
Belə ki, Səudiyyə Ərəbistanı noyabrda neft hasilatını oktyabrda sutkada 9,8 milyon barelə qarşı 9,89 milyon barelə artırıb. Lakin krallıq hələ də neft hasilatını 2% azaltmaq hədəfini artıqlaması ilə yerinə yetirir. Rusiya noyabrda gündə 9,95 milyon barel hasil edib (oktyabrda - 9,92 milyon barel), sazişin şərtlərini 96% yerinə yetirib.
Noyabrda OPEC-ə üzv olan on ölkə plana 124%, qeyri-OPEC ölkələri isə 101% əməl edib. OPEC+ sazişində iştirak edən ölkələr oktyabrda olduğu kimi noyabrda da azalma normalarını 116% yerinə yetiriblər.
OPEC+ ölkələri hələ 2020-ci ilin may ayında qəbul edilmiş hasilat məhdudiyyətlərini yumşaldırlar. 2021-ci ilin avqust ayından hasilatı ayda 400 min barel artırırlar, plan hər ay təsdiqlənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















